Xəzər Xəbər

Bakıda avtomobil maneəyə çırpılıb, yanğın olub

Hadisə | 10:37 • 17 Dekabr 2022
Bakıda avtomobil maneəyə çırpılıb, yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili dəmir maneəyə çırpılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar