Xəzər Xəbər

Dövlət sərhədini qanunsuz keçmək istəyən Hindistan vətəndaşı saxlanılıb FOTO

Hadisə | 15:37 • 9 Dekabr 2022
Dövlət sərhədini qanunsuz keçmək istəyən Hindistan vətəndaşı saxlanılıb

Dekabr ayının 09-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçməyə cəhd edən Hindistan Respublikası vətəndaşı 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılıb.

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən xezerxeber.az-a verilən xəbərə görə, araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti