Xəzər Xəbər

Qazaxda ildırım vuran məktəbli qızlarla bağlı YENİ FAKTLAR

Hadisə | 09:17 • 23 Sentyabr 2022
Qazaxda ildırım vuran məktəbli qızlarla bağlı YENİ FAKTLAR

Qazaxda ildırım üç azyaşlını vurub, onlardan biri vəfat edib.

XəzərXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən azyaşlı 2011-ci il təvəllüdlü Osmanova Nuray Orxan qızıdır.

O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hadisə nəticəsində Nurayın 4-cü sinifdə oxuyan bacısı Ayan Osmanova ilə yanaşı, ondan bir sinif yuxarıda oxuyan xalası qızı Əfsanə Məmmədzadə də xəsarət alıb.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb. Ayan Osmanovanın müalicəsi isə Qazax Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hər üç azyaşlı Qazaxın Birinci Şıxlı kənd orta məktəbin şagirdləri olub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti