Xəzər Xəbər

Pul vermədikləri üçün valideynlərini döydü

Hadisə | 14:37 • 1 İyul 2022
Pul vermədikləri üçün valideynlərini döydü

Oğul pul verməyən valideynlərini xəstəxanalıq edib.

Türkiyənin Sinop vilayətinin Dikmen rayonunda Yaşar Bozel pulunu verməyən anası Fatma və atası Kamal Bozeli çəlik, qoltuq dəyənəyi və balta sapı ilə 2 saat döyüb. Nəticədə ata və ananın sümükləri qırılıb, şübhəli nəzarətə götürülüb. 

Belə ki, Sinopda Yaşar Bozel avtomobilinin təmiri üçün anası Fatma və atası Kamal Bozeldən pul istəyib. Valideynlər oğluna pullarının olmadığını deyib. Bunun üzərinə Yaşar Bozel valideynlərinə hücum edərək, onları 2 saat ərzində döyüb. Səsləri eşidən qonşuların xəbəri üzərinə polis və sağlamlıq qrupları ünvana gəlib. Sağlamlıq qrupları onları Atatürk Dövlət Xəstəxanasına aparıb. Bədənlərinin bir çox yerində sınıq və əziklər olan Fatma və Kamal Bozel oğullarından şikayət ediblər. Yaşar Bozel polislər tərəfindən nəzarətə götürülüb.

Fatme Bozel oğlunun sərxoş olduğunu bildirib: 

"Axşam namazını qıldım, evə gəldi. Maşını təmir edəcəkdi. Bizdən pul istədi, dedik ki, yoxdur. Boşqabı yerə çırpdı. Sonra qalxıb bizi bu günə qoydu. Heç bizə qulaq asmadı. Bədənimdə sümüklərim qırıldı”./azxəbər

Xəbər lenti