Xəzər Xəbər

Bakıda QƏRİBƏ OLAY! Toya gələnlər restoranın həyətinə gördükləri mənzərədən şoka düşdü VİDEO

Bakıda avtomobil şadlıq sarayının qarşısındakı maşınlara çırpılıb
Hadisə | 09:30 • 1 İyul 2022
Bakıda QƏRİBƏ OLAY! Toya gələnlər restoranın həyətinə gördükləri mənzərədən şoka düşdü

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

XəzərXəbər apa-ya istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib.

“Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisəni törədən “Hyundai”-ın sürücüsü hadisə yerindən uzaqlaşıb.

Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hazırda hadisəyə səbəb olan “Hyundai”-ın sürücüsü axtarışdadır.

Xəbər lenti