Xəzər Xəbər

Azərbaycanlı qadın iki uşağı ilə birgə intihar etdi - Rusiyada TƏFƏRRÜAT/FOTO

Qadının öz uşaqları ilə birgə 16-cı mərtəbədən özünü ataraq intihar etdiyi iddia edilir
Hadisə | 16:27 • 30 İyun 2022
Azərbaycanlı qadın iki uşağı ilə birgə intihar etdi - Rusiyada

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasının qarşısında bir qadının və iki övladının cəsədi aşkar olunub.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, qadının öz uşaqları ilə birgə 16-cı mərtəbədən özünü ataraq intihar etdiyi iddia edilir.

Qonşuların sözlərinə görə, intihar edən qadının 32, qızlarının birinin 7, digərinin isə 5 yaşı olub.

Qadının Azərbaycan əsilli Rusiya vətəndaşı olduğu bildirilir. Bununla yanaşı, ailənin soyadının Çunayev olduğu qeyd olunub.

Məlumata görə, qadın övladları və həyat yoldaşı ilə hadisə baş verən əraziyə yaxın yerdə yaşayıb. Şahidlərin sözlərinə görə, qadın ilk öncə, qızlarına evin qarşısında oynamağa icazə verib. Daha sonra uşaqları ilə birgə 16-cı mərtəbəyə qalxıb. Qeyd olunub ki, qadın qızlarını ümumi eyvanın pəncərəsinə güc tətbiq edərək çıxardıqda qızları ona müqavimət göstərib. Ardınca qadın uşaqları pəncərədən itələyib və sonra özünü atıb. Hadisədən sonra qadının əri sorğu-sual üçün polis bölməsinə aparılıb. Qadının hansısa ciddi xəstəliyinin olduğu iddia olunur. Onun çantasından vida məktubu da aşkar olunub. 

Hazırda faktla bağlı araşdırma aparılır.




Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti