Xəzər Xəbər

Dəniz növbəti canı aldı - batan şəxs tələbə imiş…

Hadisə | 09:47 • 27 İyun 2022
Dəniz növbəti canı aldı - batan şəxs tələbə imiş…

Bakının Sabunçu rayonunda bir nəfər dənizdə batıb.

XəzərXəbər "modern.az"a istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, N.Əhmədov Bakıda kirayədə yaşayırmış. O, Azərbaycan Texniki Universitetin üçüncü kurs tələbəsi olub.

Xəbər lenti