Xəzər Xəbər

Bakıya toya sərnişin gətirən mikroavtobus qəzaya düşüb, yaralılar var

Hadisə | 22:32 • 28 May 2022
Bakıya toya sərnişin gətirən mikroavtobus qəzaya düşüb, yaralılar var

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Xezerxeber.az-ın Kliniki Tibbi Mərkəzə istinadən xəbərinə görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub. 

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.

Xəbər lenti

Çox oxunanlar