Xəzər Xəbər

Avtomobilin nömrə nişanı olmadığı üçün saxlanıldı, narkotik qəbul etdiyi üzə çıxdı

Hadisə | 19:04 • 21 May 2022
Avtomobilin nömrə nişanı olmadığı üçün saxlanıldı, narkotik qəbul etdiyi üzə çıxdı

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini Cavid Abbaszadənin idarə etdiyi “Mercedes” markalı avtomobilin ön dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, sürücünün marixuana istifadə etdiyi məlum olub.

Polis şöbəsində C.Abbaszadə barəsində toplanan materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə barəsində qanunamüvafiq tədbir görülüb.

 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti