Xəzər Xəbər

Körpələrdə nəcisin rəngi bu problemlərin göstəricisi ola bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Hadisə | 14:47 • 16 May 2022
Körpələrdə nəcisin rəngi bu problemlərin göstəricisi ola bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Körpə uşaqlarda nəcisin rəngləri bir sıra problemlərin göstəricisi ola bilər.

XəzərXəbər xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib. O qeyd edib ki, nəcisin normal rəngləri sarı, sarı-qızılı, sarı – yaşıl, yaşıl və qəhvəyidir:

“Yenidoğulmuş körpələr, əsasən də südəmər körpələr üçün sarı, sarı - qızılı, sarı - yaşıl nəcis normaldır. Yaşlı nəcis əsasən, süni qidalanan, xususilə hipoallergen süni qida yeyən uşaqlarda olur. Çünki hipoallergen formulada yarım parçalanmış zülal olur.

Yaşıl nəcis çox vaxt uşaqda "qulaq ağrısı" var və ya “dişi çıxır” kimi dəyərləndirilir. Əslində isə bu, həmişə belə deyil. Əgər uşağın dişi çıxırsa və ya qulağında iltihab varsa, bu zaman onun bağırsaq florasında dəyişiklik ola bilər. Çünki yuxarı hissədə olan flora dəyişikliyi aşağı, yəni bağırsağa da təsir edir. Florada dəyişiklik olduqda isə nəcisi rəngi yaşıla doğru dəyişə bilir. Bu isə normalda da baş verə bilir. Çünki flora həmişə stabil olmur və heç də həmişə qulaq ağrısı ya diş çıxarma vaxtı nəcisdə dəyişiklik olmur. Yəni kaka rənginə görə bu hallar var demək düzgün deyil.
Qəhvəyi rəng kaka əlavə qidaya keçən və daha yuxarı yaş üçün normaldır.

Normal rəng nəcisdə selik və qanın olması isə normal deyil. Hər ikisi selikli qişa iltihabından, allergiyadan xəbər verir”.

Mütəxəssis bildirib ki, qara nəcis dəmir preparatı və vismut preparatı (mədə üçün) qəbul etdikdə olur:

“Əgər belə dərman qəbulu yoxdursa, o zaman mədə - bağırsaq sistemində qanama nəticəsində ola bilər. Həkim məsləhəti lazımdır.

Ağ nəcis - axolik nəcis də adlanır. Yəni öd olmadan yaranan nəcis. Öd yolları problemində, öddaşı və ya öd kisə iltihabı və s. hallada rast gəlinir. Öd çıxmadıqda yağlar həzm olunmur və nəcis ağ rəngdə, həm də yağlı olur. İlk növbədə USM müayinə vacibdir.

Qırmızı nəcis - qırmızıya boyanmış nəcis. Bu qan və ya qida rəngi (məsələn, çuğundur, şirin köpük) ola bilər. Əgər qida ilə əlaqə yoxdursa, qırmızı rəngin səbəbi qan kimi dəyərləndirilə bilər. Bu zaman qida allergiyası (əsasən inək südü allergiyası körpələrdə) da nəzərdə saxlanılır. Qan qarışmış nəcis bağırsağın aşağı şöbə qanamasında da ola bilər. Əgər həm də ağrı varsa, mütləq uşaq cərrahı konsultasiyası götürülsün. Hər bir halda həkim müayinəsi lazımdır”, deyə o söyləyib./Ölkə.Az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti