Xəzər Xəbər

Sumqayıtda qız anasını NİYƏ bıçaqladı? - Qətlin təfərrüatları məlum oldu

Hadisə | 12:23 • 19 Aprel 2022
Sumqayıtda qız anasını NİYƏ bıçaqladı? - Qətlin təfərrüatları məlum oldu

Sumqayıtda qadınının anasını bıçaqlamasının təfərrüatları məlum olub.

XəzərXəbər xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva aralarında yaranan mübahisə zamanı onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.

Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Günel anası ilə əvvəllərdə mübahisə edib. O ailəsinə evi satıb əldə olan pula iki ev almağı və ona da ev verilməsini təklif edib. Lakin valideynləri buna razı olmayıblar. Buna görədə tez-tez ailədə söz-söhbət olub. 

Sonuncu mübahisə zamanı isə qanlı hadisə baş verib.

Qeyd edək ki, saxlanılan Günel Əliyevanın bir azyaşlı övladı var.  

Xəbər lenti