Xəzər Xəbər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI

Hadisə | 12:27 • 28 Yanvar 2022
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI

Azərbaycan nefti bir qədər ucuzlaşıb.

XəzərXəbər xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,67 ABŞ dolları və ya 0,73 faiz azalıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 93,17 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Xəbər lenti