Xəzər Xəbər

Azərbaycanda polislər ağır QƏZAYA DÜŞDÜ: Yaralılar var

Hadisə | 10:33 • 20 Yanvar 2022
Azərbaycanda polislər ağır QƏZAYA DÜŞDÜ: Yaralılar var

Abşeronun Masazır qəsəbəsində ağır yol qəzası baş verib.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.Rza Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. O, sükana nəzarəti itirərək nəqliyyat vasitəsini əvvəlcə rabitə qovşağına, daha sonra işıqfora çırpıb. İşıqfor və rabitə qovşağı sıradan çıxaraq yararsız hala düşüb.İdarəetmədən çıxan avtomobil isə aşıb.

Qəza nəticəsində sürücü R.Məmmədov və sərnişin Elmir Həsənli ağır xəsarət alaraq avtomobilin salonunda sıxışıb qalıb. Əraziyə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hər iki yaralını xüsusi texnika ilə salondan çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil verib.Məlum olub ki, R.Məmmədovun çiyni sınıb, sərnişində isə aldığı zərbələrdən daxili qanaxma olub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Məmmədov və E.Həsənli polis serjantlarıdır. Hər ikisi Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarıdır.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti