Xəzər Xəbər

Naxçıvanda HADİSƏ: Ər və arvadı öldü

Hadisə | 15:17 • 17 Yanvar 2022
Naxçıvanda HADİSƏ: Ər və arvadı öldü

Naxçıvan şəhərində avtomobil ər və arvadı vuraraq öldürüb.

XəzərXəbər xəbər verir ki, hadisə yanvarın 14-də saat 21 radələrində Naxçıvan şəhəri ərazisində baş verib.

Babək rayon sakini C.Əliyev idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən hər iki piyada yanvarın 15-də orada ölüblər.

Faktla bağlı Naxçıvan şəhər Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti