Xəzər Xəbər

Azərbaycanda ŞOK HADİSƏ - Polis zabiti ailəsi ilə birgə öldü TƏFƏRRÜAT

Hadisə | 1,236 | 10:02 • 2 Dekabr 2021
Azərbaycanda ŞOK HADİSƏ - Polis zabiti ailəsi ilə birgə öldü

Ötən gecə Ağcabədi rayonunun Hindarx qəsəbəsində güclü yanğın olub.

XəzərXəbər xəbər verir ki, ikimərtəbəli fərdi evdə baş verən yanğın zamanı evdə olan 7 nəfərdən 3-ü yanaraq ölüb. Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, onun övladı - bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və həyat yoldaşı Kərimova Nailə İsa qızıdır.

Bildirilir ki, hadisə vaxtı evdə 7 nəfər olub. Qonşular Kərimovların evindən tüstü qalxdığını görərək onlara köməyə gediblər. Bu zaman birinci mərtəbədə olan ailə üzvlərindən 4-ü sağ-salamat yanan evdən çıxarılaraq xilas edilib. Lakin evin içini tüstü və alov bürüdüyündən ikinci mərtəbəyə qalxmaq mümkün olmayıb. Bunu görən qəsəbə sakinləri 2-ci mərtəbədəki mənzilin pəncərəsinin dəmir torlarını kəsərək onları çölə çıxarmağa çalışıblar. Lakin artıq gec olub. Gənc ailə tamamilə yanaraq həlak olub.

Qəsəbə sakinləri Publika.az-a bildirib ki, vəfat edən Kərimov Miri Firdovsi oğlu polis zabitidir və bir neçə ay əvvələ kimi post patrul xidmətinin komandiri vəzifəsində çalışıb. O, atasının biznesini idarə etmək məqsədilə bir neçə ay əvvəl işdən çıxıbmış.

Faktla bağlı araşdırmalara başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti