Xəzər Xəbər

Azərbaycan dünyada bu qardaşları AXTARIR

Hadisə | 11:53 • 1 Dekabr 2021
Azərbaycan dünyada bu qardaşları AXTARIR
Azərbaycan bir neçə cinayətdə təqsirləndirilən iki Bolqarıstan vətəndaşını İnterpol xətti ilə axtarışa verib.
 
XəzərXəbər xəbər verir ki, onlar 23 yaşlı Tezdzhan Angelov və 21 yaşlı Gyurdzhan Angelov qardaşlarıdır. Axtarışa verilən qardaşlar kibercinayətkarlıqda, mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə və mənimsəmədə təqsirli bilinirlər.
 
Onların saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.
 
Azərbaycan məhkəmələri tərəfindən hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində dövlətlərarası axtarış elan olunub.

Xəbər lenti