Xəzər Xəbər

Şəhid atasının avtomobilini qarət edən şəxs tutulub FOTO

Hadisə | 15:51 • 24 Noyabr 2021
Şəhid atasının avtomobilini qarət edən şəxs tutulub

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Samux rayon sakini, əvvəllər məhkum olunmuş, Nadir Hüseynov yaxın qohumu və həmyerlisi Röyal Həsənovla birlikdə noyabr ayının 16-da Goranboy rayonuna gələrək 2 avtomobildən ümumi dəyəri 1881 manat olan musiqi avadanlıqlarını oğurlayıblar.

N. Hüseynovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha 2 analoji cinayət hadisəsini törətməsi məlum olub. Belə ki, saxlanılan şəxs cari ilin oktyabr ayında Goranboy rayonuna gələrək, Vətən müharibəsi şəhidinin atasına məxsus avtomobilə qeyri-qanuni yolla daxil olaraq 360 manat dəyərində maqnitofon və səsgücləndiricini oğurlayıb. Bundan başqa N. Hüseynov növbəti dəfə noyabr ayında vətəndaşa məxsus avtomobildən 450 manat dəyərində maqnitofon və səsgücləndiricini oğurlayıb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Goranboy RPŞ-də araşdırmalara davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti