Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏT: Qonşu rayonlardan kömək istədilər

Hadisə | 09:39 • 29 Oktyabr 2021
Azərbaycanda DƏHŞƏT: Qonşu rayonlardan kömək istədilər

Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

XəzərXəbər xəbər verir ki, hazırda yanğın davam edir.

Bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün iş aparılır.

***

Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev və rayon polis şöbəsinin rəisi Muradəli Babayev də gəlib.

***

Yaşayış binasında baş verən yanğın söndürülüb.

Xəbər lenti