Xəzər Xəbər

Bakıda bir ev və həyətdəki üç avtomobil külə döndü

Hadisə | 09:19 • 29 Oktyabr 2021
Bakıda bir ev və həyətdəki üç avtomobil külə döndü

Binəqədi rayonunda yanğın hadisəsi baş verib. 

Hadisə Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Yanğına küçədəki elektrik xətlərinin birləşməsi səbəb olub. Naqillərin birləşməsi nəticəsində İslam Məmmədova məxsus fərdi yaşayış evi alovlanıb. Nəticədə ev və onun sahibinə məxsus həyətyanı sahədə “Nissan”, “Lexus” və “Mercedes” markalı avtomobillər yanaraq külə dönüb. 

Hadisə yerinə Binəqədi və Nərimanov rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alov digər fərdi yaşayın evinin həyətinə də keçib. Yanğınsöndürənlərin çevikliyi sahəsində yanğının miqyasının genişlənməsinin qarşısı alınıb. Hazırda soyutma işləri həyata keçirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, küçədə olan elektrik naqillərinin üstü açıq olub.  /apa

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti