Xəzər Xəbər

Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? - DİN araşdırmalara başladı

Hadisə | 14:35 • 28 Oktyabr 2021
Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? - DİN araşdırmalara başladı

Son günlər məktəblərin qarşısında uşaqlara narkotik vasitələrin verilməsi ilə bağlı iddialar yayılır.

Bu barədə “WhatsApp” sosial şəbəkəsində səs yazıları paylaşılır.

Bildirilir ki, məktəblərin ərazisində uşaqlara konfet verməklə narkotik vasitələrə cəlb edirlər.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

XəzərXəbər-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “oxu.az”a açıqlamasında bildirib ki, quruma belə halın olması ilə bağlı məlumat daxil olmayıb:

“Yayılan səs yazısı faktsızdır. Təxribat məqsədi daşıyır. Ölkə ərazisində bu və digər hallarla bağlı əməliyyat şəraitinə fasiləsiz nəzarət olunur, daxil olan bütün məlumatlar dərhal yoxlanılır. Sosial şəbəkələrdə yayılan bu səs yazısı ilə bağlı araşdırmalar aparılır”.

Xəbər lenti