Xəzər Xəbər

Aeroport yolunda mikroavtobus qəza törətdi

Hadisə | 09:02 • 16 Oktyabr 2021
Aeroport yolunda mikroavtobus qəza törətdi

Bakıda hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, qəza Mərdəkan istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbi araşdırılır./Report

Xəbər lenti