Xəzər Xəbər

Bakıda dəhşətli qəza törədən sürücünün atası açıqlama verdi

Maşının kimə məxsus olduğu da məlum olub
Hadisə | 16:47 • 14 Oktyabr 2021
Bakıda dəhşətli qəza törədən sürücünün atası açıqlama verdi

Bakıda dəhşətli yol qəzasına səbəb olan yük maşınının sürücünün atası danışıb. Məlum olub ki, həmin yük avtomobili sürücünün qardaşına məxsus olub. 

Xezerxeber.az-ın məlumatına görə, bu barədə yük maşınının sürücüsü Mahmud Əzizovun atası Babagözəl Əzizov deyib.

"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişinin əməkdaşlarına açıqlama verən B.Əzizov xatırladıb ki, 2009-cu ildə oğlu Mahmudun anası rəhmətə gedib: "O vaxtdan mənim himayəmdə olub. Bu illər ərzində övlad kimi ona bacardığım qədər baxmışam. Təhsil aldığı müddətdə də onun barəsində şikayət eşitməmişəm. Hazırda Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsidir". 

O deyib ki, maşın Mahmudun qardaşına məxsusdur: "Tətil zamanı qardaşından etibarnamə alaraq onunla birgə işləyib. Altıncı və bazar günləri də işləyirdi ki, universitetə geyinmək üçün əyin-baş alsın".

Amma Babagözəl Əzizov oğlunun sükan arxasında yuxulamaq iddiası ilə razılaşmır: "Yəqin ki, yuxusuz olsaydı maşını qaçırmazdı. Görüb ki, arxadan avtobusa girir, maşını qaçırıb... Amma heç birinə haqq qazandıra bilmərəm. Onu müstəntiq araşdıracaq və nəticəni biləcəyik". 

B.Əzizov vurğulayıb ki, oğlunun sürücülük vəsiqəsi və etibarnaməsi olub. 

Xatırladaq ki, ötən gün səhər saatlarında hava limanı yolunun Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 25 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti çox ağırdır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti