Xəzər Xəbər

Xocavənddə tank mərmiləri aşkarlandı FOTOLAR

Hadisə | 11:05 • 14 Oktyabr 2021
Xocavənddə tank mərmiləri aşkarlandı

Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

XəzərXəbər xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Xocavənd rayon polis şöbəsinin əməkdaşlarınının rayonun Məmməddərə kəndi ərazisində keçirdikləri tədbir zamanı erməni hərbi qüvvələrinə məxsus döyüş sursatı aşkar edilib.

Aşkar edilən 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar