Xəzər Xəbər

Bakıda ağır qəza: 5 nəfər həlak olub, 13 nəfərin vəziyyəti ağırdır

Yük maşını avtobusa çırpılıb
Hadisə | 08:49 • 13 Oktyabr 2021
Bakıda ağır qəza: 5 nəfər həlak olub, 13 nəfərin vəziyyəti ağırdır

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) xezerxeber.az-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

Məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 13 nəfərin vəziyyəti ağırdır.

Xəbər lenti