Xəzər Xəbər

Azərbaycanda faciəvi hadisə: 20 yaşlı gənc öldü

Hadisə | 17:27 • 20 Sentyabr 2021
Azərbaycanda faciəvi hadisə: 20 yaşlı gənc öldü
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
 
Hadisə rayonun meşəlik ərazisində qeydə alınıb.
 
Belə ki, Bum kənd sakini, 2001-ci il təvəllüdlü Murad Umarov meşədə ağac kəsərkən kəsdiyi ağac qırılaraq onun üzərinə düşüb.
 
O, aldığı xəsarətlər nəticəsində ölüb.
 
Faktla bağlı araşdırma aparılır./Report

Xəbər lenti