Xəzər Xəbər

Kürdəmirdə qardaş bacısını QƏTLƏ YETİRDİ

Hadisə | 09:25 • 16 Sentyabr 2021
Kürdəmirdə qardaş bacısını QƏTLƏ YETİRDİ

Kürdəmirdə qardaş bacısını qətlə yetirib.

XəzərXəbər xəbər verir ki, hadisə bu gün saat 17 radələrində şəhərin Üzeyir Hacıbəyli küçəsində olub. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində rayon sakini Şıxəliyev Xəyal Təbriz oğlu üç uşaq anası olan 35 yaşlı bacısı Nəsirova Dilarə Təbriz qızına çoxlu sayda bıçaq xəsarəti yetirib.

Ağır xəsarətlər alan yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Mərhumun cəsədi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Mərhumun nənəsi Şərqiyə Şıxəliyevanın dediyinə görə, Dilarə bir neçə gün idi ki, onlara qonaq gəlmişdi.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Xəyal Şıxəliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti