Xəzər Xəbər

Ağdaş sakinində “patı” və tramadol aşkarlandı

Hadisə | 12:08 • 28 İyul 2021
Ağdaş sakinində “patı” və tramadol aşkarlandı

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik 50 ədəd “Tramadol” həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti