Xəzər Xəbər

Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapıldı

Hadisə | 10:30 • 20 İyun 2021
Naftalanda sanatoriyada istirahət edən kişi otağında ölü tapıldı

Naftalan şəhərindəki sanatoriyanın müştərisi qəflətən vəfat edib.

XəzərXəbər xəbər verir ki, ölüm faktı Naftalan şəhər ərazisində yerləşən sanatoriyaların birində qeydə alınıb.

Ağsu rayon sakini, 1960-cı il təvəllüdlü R.Ağacanov qaldığı sanatoriyanın otağında qəflətən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. / Report

Xəbər lenti