Xəzər Xəbər

Azərbaycanda mikroavtobusla evakuator toqquşub, ölən var

Hadisə | 10:08 • 7 May 2021
Azərbaycanda mikroavtobusla evakuator toqquşub, ölən var

Fövqəladə Hallar Nazirliyindən (FHN) XəzərXəbər-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Qarabörk kəndində “Ford” markalı mikroavtobus və “İsuzu” markalı evakuatorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti