Xəzər Xəbər

Rusiyada axtarışda olan şəxs Azərbaycanda cinayət üstündə tutuldu

Hadisə | 16:42 • 19 Aprel 2021
Rusiyada axtarışda olan şəxs Azərbaycanda cinayət üstündə tutuldu

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulan R.İsmayılov və T.İmanovun Masallı rayonunda yaşayan M.Həsənovun sifarişi əsasında avtomobil qaçırmaları da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsi qaçırdığına görə tutulanlar - R.İsmayılov və T.İmanovun ətraflarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Masallı rayonunda yaşayan Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum olunan M.Həsənovun sifarişi əsasında Girdəni kəndi ərazisindən Cil kənd sakini T.Rüstəmova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Avtomobil Masallı rayonu Türkoba kənd sakini A.Əliyevin yaşadığı evin həyətində yerləşən avtomobillərin təmiri sexində tapılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov saxlanılıb və ondan 5 qrama yaxın tiryək götürülüb. Onun Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması da müəyyən edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti