Xəzər Xəbər

Türkiyədə qanlı dava: Azərbaycanlı qadın bıçaqlandı

Hadisə | 09:10 • 29 Mart 2021
Türkiyədə qanlı dava: Azərbaycanlı qadın bıçaqlandı

Türkiyənin Muğla vilayətinin Fethiye bölgəsində baş verən küçə davası ölümlə nəticələnib.

Dava iki dost arasında baş verən mübahisə ilə başlayıb.

Belə ki, inşaatda çalışan iki dost - S.A və Mustafa Cömert arasında naməlum səbəbdən dava baş verib.

Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Mustafanı və azərbaycanlı Nazifə Mustafayevanı bıçaqlayıb.

Ətrafdakı insanların çağırdıqları təcili yardımla xəstəxanaya çatdırılan M.Cömert vəfat edib, Nazifə Mustafayevanın isə həyatı üçün təhlükə olmadığı bildirilib.

Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır./publika.az

Xəbər lenti

Çox oxunanlar