Xəzər Xəbər

Qadının fiziki zorakılığa məruz qalması ilə bağlı cinayət işi başlanıb

Hadisə | 17:46 • 26 Mart 2021
Qadının fiziki zorakılığa məruz qalması ilə bağlı cinayət işi başlanıb

Bakının Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti