Xəzər Xəbər

Bakıda yanğın baş verib, xəsarət alan var

Hadisə | 09:28 • 10 Mart 2021
Bakıda yanğın baş verib, xəsarət alan var

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda 3 ədəd şam ağacı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti