Xəzər Xəbər

Bakıda qayınatasını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qayınatası Xalıq Bağırovu öldürən Ayxan Hüseynəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə | 10:24 • 3 Mart 2021
Bakıda qayınatasını öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qayınatası Xalıq Bağırovu öldürən Ayxan Hüseynəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XəzərXəbər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Mahmud Ağalarovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən il avqust ayında baş verib. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

A.Hüseynəliyev tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti