Bakı 15 ℃
Xəzər Xəbər
USD 1.7

Cəbrayılda mülki şəxs minaya düşüb

Hadisə | 242 | 12:19 • 22 Yanvar 2021
Cəbrayılda mülki şəxs minaya düşüb

Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.


İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunubvə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
53 | 09:05 • 13 Aprel 2021