Xəzər Xəbər

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb

Hadisə | 09:52 • 25 Dekabr 2020
Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb

Paytaxtda avtomobil qəzası olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda "Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan "Hyundai” markalı sərnişin avtobusuna çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti