Xəzər Xəbər

Siyəzəndə kafe sahibi və müştəriləri cərimələndi

Hadisə | 16:45 • 24 Dekabr 2020
Siyəzəndə kafe sahibi və müştəriləri cərimələndi

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.


Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Elçin İsgəndərov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.


Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti