Xəzər Xəbər

ABŞ-da kimya müəssisəsində partlayış olub, xəsarət alanlar var

Hadisə | 14:58 • 9 Dekabr 2020
ABŞ-da kimya müəssisəsində partlayış olub, xəsarət alanlar var

Qərbi Virciniyanın Bell qəsəbəsində yerləşən kimya müəssisəsində ötən gün axşam yanğın, daha sonra da partlayış baş verib.

Kanaua dairəsinin "Twitter” səhifəsində paylaşılan məlumata görə, əvvəlcə kimyəvi maddələr alışıb, sonra isə partlayış baş verib. Müəssisənin 3,2 km ətrafında sakinlərin sığınacağa çəkilməsi məsləhət görülüb.

NBC xəbər verib ki, hadisə nəticəsində4nəfər xəsarət alıb, onlardan3-ü xəstəxanaya yerləşdirilib. (report)

Sevinc 

Rubrikanın digər xəbərləri

Xəbər lenti