Xəzər Xəbər

Əmircan qəbiristanlığının ərazisi məişət tullantılarından təmizlənib

Hadisə | 17:52 • 2 Sentyabr 2020
Əmircan qəbiristanlığının ərazisi məişət tullantılarından təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar" bölməsinə Suraxanı rayonu Əmircan qəsəbəsi qəbiristanlığının ərazisində məişət tullantılarının atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.


XəzərXəbər-in məlumatına görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb.


"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.


Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Suraxanı rayon MKTB-yə məcburi göstəriş verilib".

Xəbər lenti