Xəzər Xəbər

Bakıda mənzildən oğurluq olub

Hadisə | 12:05 • 2 Sentyabr 2020
Bakıda mənzildən oğurluq olub

Bakıda mənzildən oğurluq edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 800 manat pul, 10.000 ABŞ dolları və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R. Mikayılov saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar