Xəzər Xəbər

Nazirlik BU ŞƏXSLƏ bağlı əhaliyə müraciət etdi FOTO

Hadisə | 11:41 • 27 Avqust 2020
Nazirlik BU ŞƏXSLƏ bağlı əhaliyə müraciət etdi

Xaçmaz sakini naməlum şəraitdə itkin düşüb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


M.Əsədullayevin əlamətləri belədir: Boyu 168 sm., gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.





Xəbər lenti