Xəzər Xəbər

Qaradağda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə | 15:36 • 25 Avqust 2020
Qaradağda ölümlə nəticələnən yol qəzası baş verib

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Şabran rayon sakini N.Bəyməmmədovun idarə etdiyi "Man” və Bakı şəhər sakini B.Ələkbərovun idarə etdiyi "Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Ələkbərovun sərnişini, Tovuz rayon sakini Firuddin Məhərrəmov orada ölüb.


Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar