Xəzər Xəbər

Köməyi pirdən yox, FHN-dən istədi

Hadisə | 14:10 • 22 Avqust 2020
Köməyi pirdən yox, FHN-dən istədi

Vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub. 


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar