Xəzər Xəbər

Ezamiyyətə gedən şəxsin evindən 10 minlik qızıl oğurladılar

Hadisə | 10:06 • 22 Avqust 2020
Ezamiyyətə gedən şəxsin evindən 10 minlik qızıl oğurladılar

Bakıda evdən 10 minlik qızıl oğurlanıb.


XəzərXəbər-in "Qafqazinfo"-ya istinadən verdiyi xəbərə görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. Naməlum şəxs və ya şəxslər qəsəbə sakini Vaqif Məmmədovun fərdi yaşayış evinin ikinci mərtəbəsində yataq otağından 10 min manat dəyərində qızıl əşyaları oğurlayıblar.


Cinayət hadisəsi V.Məmmədovun ezamiyyətdə olduğu zaman baş verib.


Hazırda cinayətin üstünün açılması, qızılı oğurlayan şəxslərin tapılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti