Xəzər Xəbər

Abşeronda AĞIR QƏZA: Üç nəfər yaralandı

Hadisə | 10:18 • 19 Avqust 2020
Abşeronda AĞIR QƏZA: Üç nəfər yaralandı

Abşeron rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


XəzərXəbər xəbər verir ki, hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.


İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Mahmudova Kəmalə Bəxtiyar qızı, 1995-ci il təvəllüdlü Mahmudova Məleykə Babək qızı və 1958-ci il təvəllüdlü Əhmədov Loğman İsa oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır. / "Report"

Xəbər lenti

Çox oxunanlar