Xəzər Xəbər

“Bandotdel”dən Bakıda kriminal aləmin “sxodka”sına BASQIN 100-ə yaxın şəxs saxlanıldı

Hadisə | 14:35 • 18 Avqust 2020
“Bandotdel”dən Bakıda kriminal aləmin “sxodka”sına BASQIN

Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.

XəzərXəbər "qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib.

Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Məsələ ilə əlaqədar DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "report”un sorğusuna cavab olaraq bildirib ki, əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar