Xəzər Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı

Hadisə | 11:48 • 12 Avqust 2020
Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 794-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 806-ya çatıb. İndiyədək 33 492 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 6 262 aktiv koronavirus xəstəsi var.

Xəbər lenti

Çox oxunanlar