Xəzər Xəbər

Lökbatanda oğurluq edən şəxs saxlanıldı

Hadisə | 13:00 • 11 Avqust 2020
Lökbatanda oğurluq edən şəxs saxlanıldı

Lökbatan qəsəbəsində oğurluq hadisələri baş verib. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. 


Avqustun 10-da Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən 155 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Urşanov saxlanılıb.  


Onun ətrafında aparılmış tədbirlərlə onun daha bir mağazadan 3 150 manat dəyərində 4 ədəd televizor oğurlaması da müəyyən edilib. 

Xəbər lenti