Xəzər Xəbər

Şəkidə "KamAZ" aşdı, xəsarət alan var

Hadisə | 10:06 • 7 Avqust 2020
Şəkidə "KamAZ" aşdı, xəsarət alan var

Şəkidə xəsarətlə nəticələnən yol qəzası olub.


XəzərXəbər xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.


Zaqatala rayon Bəhmətli kənd sakini, 31 yaşlı Orxan Qazıyev idarə etdiyi "KamAZ" markalı yük avtomobilini aşırıb. Nəticədə yük maşınında sərnişin qismində olan Zaqatala rayon Yuxarı Tala kənd sakini Zaur Qaracayev xəsarət alıb. Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.


Qəzaya səbəb kimi yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq göstərilir.


Faktla bağlı araşdırma aparılır. / "Report"

Xəbər lenti

Çox oxunanlar