Xəzər Xəbər

Maştağada sürücü piyadanı vurub qaçdı

Hadisə | 10:09 • 1 Avqust 2020
Maştağada sürücü piyadanı vurub qaçdı

Bakıda piyadanı avtomobil vurub.



"Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.



Belə ki, 47 yaşlı Hüseynov Qurbanı avtomobillə vuran sürücü ərazidən uzaqlaşıb.



Xəsarət almış şəxs xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əziyi və qolun sınığı diaqnozu qoyulub.



Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti